Lift qırıldı, 4 nəfər yaralandı - YENİLƏNİB

21:21 16.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

 

Bu barədə hafta-az-a TƏBİB-dən bildirilib.

 

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

 

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***

Bakıda yaşayış binasında lift qırılıb.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

 

İlkin ehtimala görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.